Sabah Azərbaycanda hava küləkli və yağıntılı olacaq
29.3.2015

Martın 30-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev öz açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək, havanın hərarəti gecə 3-5, gündüz 5-7 dərəcə olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

APA