“Eurovision» mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand: «Bakı son dərəcə təhlükəsiz şəhərdir”
20.4.2012

«Bakı son dərəcə təhlükəsiz bir şəhərdir. Hətta Avropada bir çox şəhərlər var ki, onlar daha təhlükəli hesab oluna bilərlər”. Bu sözləri “Eurovision” mahnı müsabiqəsinin rəhbəri (Executive Supervisor) Yan Ola Sand deyib.

Yan Ola Sand bildirib ki, Avropa Yayımları Birliyi (EBU) təhlükəsizlik məsələsini çox ciddi qəbul edilir: “Təşkilat olaraq Azərbaycandakı yerli təhlükəsizlik orqanları ilə birgə lazımi işləri görürük. Düşünürəm ki, may ayında “Eurovision-2012” mahnı müsabiqəsinin tam təhlükəsiz olacağına heç bir şübhəm yoxdur”.

APA