Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair sazişin imzalanması gözlənilir
20.4.2012

Yaxın vaxtlarda Azərbaycan ilə Litva arasında aqrar sahədə əməkdaşlığa dair sazişin imzalanması gözlənilir.
Bunu aprelin 19-da Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə Litvanın kənd təsərrüfatı naziri Kazis Starkeviçus bildirmişdir.
Görüşdə Azərbaycan ilə Litva arasında kənd təsərrüfatının müxtəlif sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
İ.Abasov aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat vermişdir.
Qonaq aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasında səylərini əsirgəməyəcəyini demişdir

AzərTAc