Sabah Azərbaycanda hava küləkli və yağıntılı olacaq
1.4.2015

Aprelin 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev öz açıqlamasında deyib ki, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava">hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə saxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

APA