“Kia Soul EV” Vankuver beynəlxalq avtoşousunda mətbuat gününün açılış mərasimində Kanadanın avtomobil jurnalistləri tərəfindən “İlin yaşıl avtomobili” adına layiq görülüb.
“Soul EV” mükafat uğrunda “Toyota Camry Hybrid”, “Honda Fit” və “Subaru Legacy” kimi güclü finalçıları qabaqlayıb.
“Kia” Kanada korporasiyasının vitse-prezidenti və əməliyyatlar üzrə baş direktoru Mariya Solkis bildirib ki, “Kia” Kanada AJAC üzvlərinin səsverməsi ilə “İlin yaşıl avtomobili” (Green Car of the Year) mükafatına layiq görülüb. Qənaətcil yanacaq sərfiyyatı və salonunun genişliyi “Soul”un kanadalılara təklif etdiyi əsas üstünlüyüdür.
Bu, “Soul EV” modelinin Kanada bazarına çıxarılmasından bəri qazandığı ikinci AJAC mükafatıdır. Xatırladaq ki, avtomobilin satışına keçən ilin sonlarında start verilib. Dekabr ayında “Kia” Kanada AJAC tərəfindən ilin avtomobili kateqoriyası üzrə “Ən yaxşı şəhər avtomobili” adına layiq görülüb.
azertag.az