Şri-Lankada toyuq diri cücə doğub
20.4.2012

Şri-Lankada toyuq kürt yataraq bala çıxarmaqla deyil, diri şəkildə cücə dünyaya gətirib. Cücə sağlam və tamamilə formalaşmış doğulub. Lakin toyuq doğuş zamanı aldığı daxili zədələrdən ölüb.

Baytarların sözlərinə görə, 21 gün ərzində mayalanmış toxum hüceyrələrindən toyuğun cinsiyyət sistemi daxilində cücə inkişaf edib.

Diri doğan toyuq barədə xəbər yumurta və toyuq haqqında fəlsəfi paradoksla bağlı mövzunu lağa qoymaq üçün yerli KİV-ə bəhanə verib.

Trend