Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti dünyada ilk poçt markasının buraxılmasının 175 illiyi münasibətilə poçt markası nəşr etdirib.
Nazirlikdən bildiriblər ki, nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 20 qəpik təşkil edir.
Qeyd edək ki, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərində pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlanıb.
azertag.az