Britaniya Kinosu Festivalı
3.4.2015

Britaniya Kinosu Festivalı - Azərbaycan tamaşaçısına Britaniya kinematoqrafiyasının ən yaxşı filmlərini nümayiş etdirmək kimi əhəmiyyətli məsələni öz qarşısına qoyan, kinofilmlər aləmində ən əhəmiyyətli hadisələrdən biridir. Odur ki, bu il aprelin 8-dən 12-dək 28 Cinema kinoteatrında “British Film Spring” (Bahar Mövsümünün Britaniya Kinofilmləri) adı altında İkinci Britaniya Kinosu Festivalı keçiriləcək. Tədbirin təşkilatçıları British Council (Britaniya Tədris Şurası), Böyük Britaniya Səfirliyi, Unicef, 28 Cinema və PWC şirkətidir.

Sözügedən festival sağlamlıq imkanları məhdud olan uşaqlar ilə işə həsr edilmişdir. Bütöv bir ay ərzində, xarici məşqçilər tərəfindən uşaqlar ilə böyük işlər görülmüşdür və festivalda uşaqların bacarıqlarını və uğurlarını nümayiş etdirən qısa videoçarx göstəriləcək. Tədbir “Mr Turner” filmi ilə başlayacaq. Filmin süjeti unikal Britaniya rəssamı Uilyam Ternerin həyat tarixçəsindən və yaradıcılığından bəhs edir. Həmçinin, tamaşaçılara “Yamsılama oyunu” (The İmmitation Game), “Paddinqtonun macəraları” (Paddington), “Qoyuncığaz Şon” (Shaun The Sheep), “Rinq” (The Ring), “Qürür” (Pride) filmləri nümayiş etdiriləcək. Filmlər ingilis dilində göstəriləcək.

Biletlərin qiyməti 2D filmlər üçün 2 AZN, 3D filmlər üçün isə 3 AZN təşkil edir. Biletlər artıq satışdadır.

Daha ətraflı məlumatı 28cinema.az internet səhifəsindən əldə edə bilərsiniz.

British Council (Britaniya Tədris Şurası) mətbuat xidməti 8-12 aprel tarixlərində Bakıda I Britaniya kino festivalını keçiriləcəyi barədə məlumat yaymışdır.

Tədbirin təşkilatçıları British Council, (Britaniya Tədris Şurası), Böyük Britaniya Səfirliyi, Unicef, 28 Cinema və PWC şirkəti idi. Tamaşaçılara “Yamsılama oyunu” (The İmmitation Game), “Paddinqtonun macəraları” (Paddington), “Qoyuncığaz Şon” (Shaun The Sheep), “Rinq” (The Ring), “Qürür” (Pride) filmləri nümayiş etdiriləcək. Filmlər ingilis dilində göstəriləcək.

Milli.az