Nigar Camal Dima Bilanla klip çəkilişlərinə başlayır
24.4.2012

Azərbaycanın «Eurovision-2011» müsabiqəsinin qalibi Nigar Camal 2008-ci ildə bu yarışmanın qalibi olan Dima Bilanla birgə klip çəkilişlərinə başlayır.

N. Camal deyib ki, bu məqsədlə o, Ukraynaya yola düşür. «Dima Bilanla birgə ifa etdiyimiz «Obnimi menya» mahnısının klip çəkilişləri üçün sabah Ukraynaya yola düşürəm. Klipi «Crush on you» klipimi lentə alan Aleksandr Lamax çəkəcək. Dima Bilanla uğurlu işbirliyimizin olacağına inanırıq. Yəqin ki, klip “Eurovision-2012” ərəfəsində ictimaiyyətə təqdim olunacaq».

APA