Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.
Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.
APA