Moskva meri Sergey Sobyanin bu gün yeni “Cənub qapıları” avtovağzalı açılışını edib.
Rusiyanın “Arqumentı və faktı” qəzetinə istinadən verilən məlumata görə, yeni avtovağzal Rusiyanın cənub regionlarından, həmçinin MDB ölkələrindən reyslərin qəbulu və göndərilməsi üçün nəzərdə tutulub.
Vağzal 24 saat rejimində işləyir və gündəlik olaraq 200 reysin qəbul edilməsinə hesablanıb.
Avtovağzal Rostov, Tula, Volqoqrad, Elista, Stavropol, Lipetsk, Həştərxan, həmçinin Azərbaycan və Moldovadan reysləri qəbul edəcək.
APA