“E-pul” elektron ödəniş xidməti istifadəçilər üçün kartdan-karta pul köçürmə imkanı yaradıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, pulköçürmə xidmətindən yararlanmaq üçün “e-pul.az” saytında istifadəçi səhifəsinə daxil olaraq “Kartdan-karta” bölməsini seçmək lazımdır. Açılan pəncərədə “Qəbul edənin kart nömrəsi”, “Bitmə tarixi”, “Məbləğ (maks 1000 manat )” və “Məbləğ komissiya ilə” xanalarını doldurmaq tələb olunur. Komissiya minimum 1 manat təşkil edir. Sonra isə “Ödəniş et” düyməsinə toxunmaq lazımdır.
Qeyd edək ki, “Kartdan karta” bölməsində Azərbaycanın bütün bank kartlarından “Bank of Baku” və “Millikart” prosessinq sisteminə aid olan kartlara pulköçürmələri etmək mümkündür.
azertag.az