"Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddəti uzadıldı
Azərbaycanın lider mobil operatoru "Azercell" Novruz bayramı ərəfəsində abunəçilərinə təqdim etdiyi "Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan" kampaniyasının müddətini uzadıb.
İndi abunəçilər bu kampaniyadan 2015-ci il 30 aprel tarixinə qədər yararlana biləcəklər.
Məlumat üçün bildirək ki, "Azercell" yeni fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini "Azercell" fakturasız xətt sisteminə daşıyan abunəçiləri üçün 2015-ci il 3 mart tarixindən etibarən yeni kampaniyaya start verib. Kampaniyanın şərtlərinə görə, SimSim nömrəsini aktivləşdirən hər kəs ayda ən azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, abunəçi nömrədə mövcud Bizimkilər tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.
Azercell bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlərlə sevindirməkdə davam edəcək.
trend.az