Azərbaycan ərazisində arabir güclənən külək əsəcək
8.4.2015

Aprelin 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

APA