Bu ilin 1-ci rübündə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin rəqəmsal informasiya bazasının (GİS) və “3D” modelinin hazırlanması üzrə işlərin aparılması davam etdirilib.
Bu barədə komitənin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Bakı ilə yanaşı, bağlanmış müvafiq müqavilələr əsasında Şəki, Gəncə, Sumqayıt, Xırdalan, Neftçala və Balakən şəhərlərinin baş planlarının rəqəmsal informasiya bazası və “3D” modeli hazırlanır.
ANN.Az