Məlum olduğu kimi, problemlərinin öhdəsindən heç də hər bir uşaq müstəqil surətdə gələ bilmir, ailədəki problemlər isə əlavə stress yaradır. Ailədaxili problemlər uşaqlarda xroniki stressə səbəb olur və bu da yeniyetməlik çağında piylənmə ehtimalını yüksəldir. Hyuston Universitetinin alimləri bu qənaətə gəliblər.
Alimlər 4700 yeniyetmənin sağlamlıq durumunu və ailədə üç əsas stress faktorunun - ailənin dağılmasının, ananın xəstəliyinin, maliyyə problemlərinin uşaqlara təsirini qiymətləndiriblər. Onlar 18 yaşında qızlarda piylənmənin inkişafı və onların valideynlərin boşanması arasında əlaqə olduğunu aşkar ediblər. Belə ki, valideynləri boşanan qızlar arasında piylənmə ehtimalı yüksəlib. 18 yaşlı oğlanlarda isə ananın sağlamlıq durumu və piylənmə arasında əlaqə müşahidə olunub.
Alimlər lazım gələndə ailə psixoloquna müraciət etməyi və bir çox məsələlərin ailə üzvləri arasında açıq söhbət zamanı həll olunduğunu unutmamağı məsləhət görürlər.
azertag.az