Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb
9.4.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

APA