Azərbaycanda ilk dəfə olaraq “Tier III” səviyyəli regional Data Mərkəz istifadəyə veriləcək.
Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev brifinq zamanı bildirib.
Məzahim Quliyevin sözlərinə görə, ABŞ-ın “Uptime” İnstitutunun nümayəndələri sertifikatlaşdırma mərhələsini yerinə yetirdikdən sonra artıq Data Mərkəz istismara veriləcək:
“İnstitutunun nümayəndələri may ayında Data Mərkəzi sınaqdan keçirəcəklər. Müvafiq sertifikat verildikdən sonra mərkəzin iyun ayında istismara verilməsi gözlənilir”
Qeyd edək ki, Data Mərkəzin yaradılması BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilib.
Qurum rəsmisi artıq dünyada məşhur olan “Google”, “Facebook” şirkətlərinin Azərbaycanda istismara veriləcək Data Mərkəzlə əməkdaşlıq edəcəyini bildirib.
Xeberler.az