`Bakı-2015` Moskvada təqdim ediləcək
10.4.2015

`Bakı-2015` Avropa oyunlarının təqdimat mərasimi Rusiyada keçiriləcək.

Bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində `Bakı-2015` Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

Moskvanın “Redisson Royal, Moskva” mehmanxanasının konqres- parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir.

Təqdimat mərasimi çərçivəsində qonaqlar eyni zamanda, ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Azvision.az