Tyaqo Klimek adlı aktyor San Paolo əylətinin İtarare şəhərindəki teatrda “İsanın əzabları” adlı tamaşada Yehuda obrazını canlandırırdı. Yehudanın intihar etdiyi səhnə zamanı aktyor səhvən özünü asıb.
Tamaşaçılar da daxil olmaqla hamı aktyorun boğularkən rol oynadığını düşünüblər, o, 4 dəqiqə nəfəs ala bilməyib.
Sonradan aktyorun rol oynamadığını, həqiqətən boğulduğunu görüb, onu dərhal xəstəxanaya çatdırıblar. Aktyor 17 gün komada olub, dünən isə həkimlər bəxtsiz aktyorun vəfat etdiyini deyiblər.
Dostları aktyorun özünü asdığı səhnədə təhlükəsizlik kəmərinin sürüşdüyünü və boynuna dolanaraq, onun nəfəs almasına əngəl yaratdığını deyirlər.
ANN.Az