Düz və ya yoxuş aşağı sürətə uyğun yollarda istər istəməz ayağımızı qaz pedalına bir az daha basma ehtiyacı hiss edirik. Xəbərimiz olmadan belə sürət həddini aşırıq. Diqqətsizlik və yüksək sürət qəzaların yaranmasında vacib amillərdəndir. Nəticə isə bütün hallarda pis olur.
Çıxış yolu olaraq yaponların yeni ixtirasını göstərmək olar. Bu ixtira vasitəsilə sürücülər sürətə uyğun olan yollarda öz istəkləri ilə yavaşlayırlar, 80-90 km/saat-lıq sürətə endirirlər.
Yapon mühəndislər yola dişlər və sadəcə 80-90 km/saat-la getdiyiniz zaman dinləyə biləcəyiniz musiqilər yerləşdiriblər. Hər cür köhnə və ya yeni yola tətbiq edilə bilən bu yeni ixtira qəzaların və insanlarda stresin azalmasına səbəb olacaq.
Xeberler.az