"Mozilla" şirkətinin istehsalı olan "Firefox" brauzerinin 12-ci versiyası artıq çıxıb. Bu gündən etibarən isə "Firefox 3.6.X" brauzerinin "Mozilla" tərəfindən dəstəklənməsi rəsmi qaydada dayandırılıb.
"Techno Crunch"a istinadən verilən məlumata görə, yeni "Firefox" brauzeri bundan belə istifadəçinin istəyindən asılı olmayaraq avtomatik yenilənəcək.
"Mozilla Foundation" ekspertlərinin fikrincə, belə avtomatik yenilənmə viruslara qarşı müqavimət səviyyəsini artıracaq.
Milli.Az