“Forsaj 7” filmi Nizami Kino Mərkəzində
13.4.2015

Los–Ancelesin məşhur TLC kinoteatrında dünya premyerası baş tutan, baharın ən iri miqyaslı layihəsi sayılan 3D formatlı “Forsaj 7” filminin Nizami Kino Mərkəzində türk və rus dillərində nümayişi başlanıb.

Mərkəzin mətbuat xidmətindən  bildirilib ki, Amerika rejissoru Ceyms Vanın, Kris Morqanın və Skott Tompsonun ssenarisi əsasında çəkdiyi bu film, döyüş, triller və kriminal janrındadır.

Filmdəki obrazları aktyorlar Vin Dizel, Pol Uoker, Ceyson Steytem, Mişel Rodriges, Dueyn Conson, Tayriz Qibson, Ludakris, Natali Emmanuel, Cordana Brüster, Kurt Rassel canlandırıblar.

azertag.az