Azərbaycanın görkəmli alimi vəfat edib
24.4.2012

Azərbaycanın görkəmli alimi, ictimai-siyasi xadim Midhət Abasov dünən axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Midhət Abbasov 1926-cı ildə Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunun neft-mədən bölməsini bitirən M. Abbasov texnika elmləri doktorudur, 1980-ci ildən Elmlər Akademiyasının həqiqi üzvüdür.

650 elmi əsərin müəllifi olan Midhət Abbasovun 43 müəlliflik şəhadətnaməsi, 6 patenti olub. Azərbaycanın neft və qaz yataqlarının işlənməsinin nəzəri əsaslarının hazırlanmasında böyük əməyi olan akademik Midhət Abbasov qısa müddətdə dövlət katibi vəzifəsində çalışıb, 1997-ci ilədək AMEA-nın vitse-prezidenti olub.

Ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləmiş akademikin çoxlu sayda dövlət mükafatları və təltifləri var.

Trend