“DəmirBank” müştərilərinə xatırladır ki, “Göy” əmanət növü üzrə “Əmanətlərinizi 17 faizədək artırın” aksiyasının bitməsinə iki gün qalıb.
Bankdan bildiriblər ki, müştərilər aprelin 15-dək keçirilən bu aksiyadan yararlanaraq əmanətlərini 17 faizədək artıra bilər. Bununla yanaşı, bankın “Göy” əmanət növü əmanətçilərə hesablanmış faizlərin hər ay əldə edə bilmə imkanı da verir.
Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinədək açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.
azertag.az