Lənkəran meşəsi ətir olub dünya bazarına çıxdı
14.4.2015

Məşhur italiyalı ətriyyatçı Maria Candia Gentile Lənkəran meşələrinin şərəfinə “Lankaran Forest” adlı ətir yaradıb.

Ətrin kütləvi nümayişi bu ilin martında Buta İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II Buta Azərbaycan İncəsənəti Festivalında baş tutub.

Qeyd edək ki, bazarda yeni brend olan Maria Candia Gentile ətirləri dünyanın 12 ölkəsində satışdadır. “Lankaran Forest” ətirlərini əldə etmək istəyənlər saytın rəsmi səhifəsinə daxil olaraq məsul şəxslərlə əlaqə saxlayaraq sifariş edə bilərlər.

Milli.Az