“Eurovision.tv” saytı xaker hücumuna məruz qalıb
24.4.2012

“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv xaker hücumuna məruz qalıb.

Artıq bir neçə müddətdir ki sayta giriş mümkün deyil. Hazırda probleminin həllinə çalışılır. Bu problem eyni ilə “Eurovision” mahnı müsabiqəsi ilə bağlı olan digər saytda – “esckaz.com”da da qeydə alınıb.

"Eurovision" Mahnı Müsabiqəsinin kommunikasiya üzrə koordinatoru Yarmo Siim (Jarmo Siim) APA-ya açıqlamasında saytın həqiqətən də kənar müdaxiələlərə məruz qaldığını deyib: "Bizim serverlərin fəaliyyətində bəzi çatışmazlıqlar var. Bu problem müdaxilə cəhdləri ilə bağlıdır. Bizim texniki heyət bu problemi aradan qaldırmaq və eyni hadisələrin gələcəkdə baş verməməsi üçün çalışır".

APA