Günün ulduz falı
24.4.2012

Qoç - Gücünüzü toplamalısınız: bu gün hansısa nəticələrə nail olmaq üçün işləməli olacaqsınız. Deyəsən, kömək vəd edən insanlar fikirlərini dəyişiblər. Ona görə də yalnız özünüzə bel bağlamalısınız. Maliyyə çətinlikləri mümkündür.
Üstəlik, bu gün yalançı ümidlər, yersiz gözləntilər gətirəcək. Siz reallığın gözünün içinə baxmaq əvəzinə, həvəslə illüziyalarınızı qoruyursunuz. Xoşunuza gəlməsə də, məsləhətlərə qulaq asın.

Buğa - Daha bir uğurlu gün. Bu gün işləmək həzzdir. Sizin üçün maraqlı olan işlə məşğul olacaq və buna görə yüksək mükafat alacaqsınız. Heç kim sizinlə mübahisəyə cəsarət etmir: aydındır ki, sizi fikrinizdən döndərmək mümkün deyil. Hadisələrin inkişafı da haqlı olduğunuzu üzə çıxaracaq.
Tamamilə yeni işlərə girişmək, eksperimentlər etmək, istedad və qabiliyyətinizi tətbiq etmək üçün gözlənilməz işlər axtarmaq olar. Hər tərəfdən komplimentlər səslənəcək, sevgi etirafları, evlilik təklifləri istisna deyil. Həyat potensialı yüksəkdir.

Əkizlər - Başladığınız işləri başa çatdırmaq üçün münasib gündür. Yeni layihələrə başlamağa tələsməyin: əslində, onlar sizin və müttəfiqlərinizin hesab etdikləri qədər perspektivli deyillər. Bazarlıq etmək olar. Amma bahalı nəsə almaq, istehlak krediti götürmək, dotslardan borc almaq məsləhət deyil.
Həyat potensialınız aşağıdır. Yaxşı ideya çatışmazlığı da bununla izah olunur. Buna görə təəssüflənməyin: bir qədər keçəcək və fantaziyanız yenidən tam gücü ilə işləməyə başlayacaq.

Xərçəng - Əlverişsiz tendensiyaların təsiri hələ də çox güclüdür və onlarla mübarizə aparmaq olduqca çətindir. Sevdiyiniz şəxsin dəstəyi sevinc bəxş edəcək. O, sizə təsəlli vermək üçün xoş sözlər tapacaq, imkan düşdüyündə isə yardım əlini uzadacaq.
Əgər bu gün yeni işə başlayacaqsınızsa, detallara qarşı hədsiz dərəcədə ehtiyatlı və diqqətli, hesab işlərində isə səliqəli olun. Unutmayın: bu gün ən yaxşı fikir də ehtiyatsız icra nəticəsində “ölə” bilər.

Şir - Bu gün sizə heç vaxt ümid edə bilmədiyiniz sürprizlər gətirəcək. Hadisələr nəinki əlverişli, hətta həddindən artıq uğurlu inkişaf edəcək. Şəraitdən itifadə edin, vaxtınızı boş yerə itirməyin. Bu gün nə qədər aktiv və qətiyyətli hərəkət etsəniz, qələbələriniz də o qədər nəzərəçarpacaq olacaq.
Yaxınlarınız sizin ən cəsarətli başlanğıclarınızı nəinki dəstəkləyəcək, həm də ideyalarınızın reallaşmasına kömək edəcəklər.

Qız - Şikayətlənmək üçün səbəb azdır. Hər şey gözlədiyiniz kimi, hətta ondan da yaxşı olacaq. Başladığınız işlər nə qədər cəsarətlidirsə, uğur ehtimalı da bir o qədər yüksəkdir. Razılıq verməyin məsləhət olduğu cəlbedici təkliflər alacaqsınız. Yaşlı qohumlarınızla mübahisələr istisna deyil. Amma barışıq da özünü çox gözlətməyəcək və bundan sonra qarşılışlı anlaşma zamanı gələcək.
Sizə unudulmaz təəssüratlar, ilham və güc verəcək romantik görüş ehtimalı var. Çox şeyin öhdəsindən gələ bildiyinizi gördükcə yeni sevinclərə doğru yeriyəcəksiniz.

Tərəzi - Sənədlərlə işləmək, hesabatların və smetaların hazırlanması, büdcə planlaşdırılması üçün münasib gündür. Düzdür, diqqətinizi cəmləşdirməyiniz kifayət qədər çətin olacaq, amma özünüzü işə girişməyə vadar etsəniz, nəticələri çox gözləməli olmayacaqsınız. İşgüzar münasibətlər o qədər də yaxşı olmayacaq. Çünki köhnə fikir ayrılıqları və münaqişələr özlərini xatırladacaqlar.
Yaxınlarınızla yola getmək asan olmayacaq: sizin davranışınız onları qane etmir və bunu gizlətmirlər. Münaqişələrdən qaçmağa çalışın. Əgər inciklik yaransa, barışmaq çox çətin olacaq.

Əqrəb - Diqqəti artıq mövcud olan problmlərdə cəmləşdirə bilən və uzaq gələcəkdə baş verəcəkləri düşünməyən Əqrəblər üçün əlverişli və uğurlu gündür. İndi cari işlər diqqət tələb edir, plan qurmağın vaxtı bir qədər sonra gələcək. Rəhbərliklə fikir ayrılıqları istisna deyil. Amma məsələ münaqişəyə qədər gedib çıxmayacaq.
Çətin olmayan ev işləri üçün münasib gündür. Çətin ki, köməkçi tapa biləsiniz. Ona görə də böyük səylər tələb edən işlərə girişməməyiniz tövsiyyə olunur. Zövqverən adamlarla gəzinti faydalıdır. Amma bu gəzintilər həddən artıq uzunmüddətli və yorucu olmamalıdır.

Oxatan - Emosiyalarınızı nəzarət altında saxlayın. Hamıya təkcə qeyri-adi enerjiyə yox, həm də intellekt və soyuqqanlılığa malik olduğunuzu göstərməyin vaxtı çatıb. Bu keyfiyyətlər olmadan uğura ümid etməyə dəyməz. Həddindən artıq çətin işlərə girişmək məsləhət deyil.
Gün romantik baxımdan pis olmayacaq. Siz sevdiyiniz adamla əla vaxt keçirəcəksiniz. Hər ikinizə unudulmaz təəssüratlar bəxş edəcək tədbirlər planlaşdırmaq olar.

Oğlaq - Əməkdaşlığa başlamaq üçün əlverişli gündür. Prioritetləri düzgün seçə, hamı üçün sərfəli olan planlar qura biləcəksiniz. Bu gün köhnə işgüzar əlaqələri də bərpa etmək olar.
Pulla ehtiyatlı olun: bu gün o naməlum istiqamətdə yoxa çıxa bilər. Amma sevgidə işləriniz mütləq gətirəcək. Şəxsi münasibətlərdə təşəbbüs göstərmək, hisslərinizi dilə gətirmək və görüş təyin etmək lazımdır.

Dolça - Emiosional baxımdan olduqca çətin gündür. Çünki sizin hələ hazır olmadığınız hadisələr baş verəcək. Sarsıntı çox ciddi ola bilər. Özünüzü tamamilə köməksiz və çaşqın hiss edəcəksiniz. Sakitləşmək, baş verənlər haqqında sakitliklə düşünmək lazımdır. Ağıllı və təcrübəli adamlarla ünsiyyət əhval-ruhiyyənizi yüksəldə bilər. Xoşbəxtlikdən, ətrafınızda belə adamlar var.
Özünüzü sadəlövh aparmağa, uğura bel bağlamağa dəyməz. Bu gün uğur yalnız onu əldə etmək üçün əmək sərf edənlərə qismət olacaq.

Balıqlar - Gözlənilməz xəbər əvvəlcə sizi təəccübləndirəcək, hətta qorxudacaq, bir qədər sonra isə maraqlı fikirlərə yol açacaq. Bugünkü hadisələr bir çox Balıqlar üçün dönüş nöqtəsi olacaq, ciddi dəyişikliklərin əsasını qoyacaq, planlara yenidən baxmağa vadar edəcək. Köhnə işgüzar partnyorlarınızdan şübhələnməyə heç bir səbəb yoxdur. Amma yeni əlaqələr qurmağa da heç nə mane olmur.
Gün dostlarla ünsiyyət, təbiət qoynunda istirahət və əyləncəli tədbirlərdə iştirak üçün münasibdir. Həddindən artıq yorğunluqdan qorunmaq lazımdır. Onun üzündən günün ikinci yarısında ovqatınız korlana bilər.

Milli.Az