Fuad İbrahimbəyovun “Uçur” tammetrajlı filmi Moskvada keçirilmiş “Moskovskaya premyera” kinofestivalında Qran-pri qazanmışdır
8.9.2011

Həmyerlimiz, gənc və istedadlı rejissor Fuad İbrahimbəyov avqustun sonu, sentyabrın əvvəllərində Rusiyanın paytaxtında keçirilmiş “Moskovskaya premyera” kinofestivalının “Art-liniya” müsabiqəsində “Ən yaxşı film” nominasiyasında Qran-pri qazanmışdır.
Belə yüksək mükafata layiq görülmüş “Uçur” tammetrajlı filmi quruluşçu rejissor Fuad İbrahimbəyovun və rejissor Sergey Şvıdkoyun debütüdür. Rejissorlar Fuad İbrahimbəyov və Sergey Şvıdkoy özlərinin “Uçur” filmi ilə, həmçinin akytorların və rejissorların avqusutun 27-dən sentyabrın 2-dək Smolenskdə keçirilmiş “Qızıl simurq” adlı dördüncü ümumrusiya festivalının “Debüt” nominasiyasında da başlıca mükafata layiq görülmüşlər.