Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq elmi konfrans keçiriləcəkdir
25.4.2012

Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq konfransda göz xəstəlikləri üzrə diaqnostikanın yeni texnologiyaları, buynuz və tor qişalarının, görmə sinirinin patologiyaları, kataraktalı xəstələrə yüksək keyfiyyətli oftalmoloji yardımın təşkili və s. kimi məsələlər müzakirə olunacaqdır.
Konfransın materialları “Oftalmologiya” jurnalının xüsusi buraxılışında nəşr ediləcəkdir.

AzərTAc