Huawei yeni modelini təqdim edib
16.4.2015

Huawei şirkəti Honor brendi adı altında yeni modelini təqdim edib.

Telefonun ön hissəsinin ölçüləri - 150,46 × 75,9 mm, qalınlığı – 7,5 mm, cihazın çəkisi – 165 qramdır.

Hazırda modelin ağ, qara və qızılı rəngli 3 variantı bazara çıxarılıb. Arxa örtüyü davamlı mürəkkəb laminatdan ibarətdir.

Cihazın ön hissəsi çərçivəli ekrandan ibarətdir. Daxili yaddaşı - 32 GB, ekran ölçüsü - 5.5 düym təşkil edir. Full-HD, 1920x1080 piksel çəkilişə malikdir.

Xeberler.az