"Azərkosmos" Avropa Oyunlarının peyk yayımını həyata keçirəcək
16.4.2015

Bu gün Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi “Azərkosmos”u Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan edib. "Azərkosmos" SC-dən  verilən məlumata görə, SC oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.

Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.

Lent.az