Nizami Kino Mərkəzində aprelin 16-dan etibarən “Uzaq yol” və “Gecə qacağı” filmlərinin nümayişinə başlanılır.
Amerika istehsalı olan “Uzaq yol” filmini Kreyq Bolotinin ssenarisi əsasında rejissor Corc Tillman dram və melodram janrında çəkib. Filmin yaş məhdudiyyəti: 16+
Rodeo üzrə eks-cempion olan Lyuk yenidən idman həyatına dönməyi fikirləşir. Kollec məzunu Sofiya isə incəsənət sahəsində çalışmaq üçün maraqlı təklif alıb. Gənc insanlar xəyal və sevgiləri arasında seçim qarşısında qalarkən Ayra adlı ahıl kişi ilə rastlaşırlar. Yaşlı dostun xanımı ilə yarım əsrlik eşq xatirəsi onları həyatlarının ən mühüm qərarını verməyə ruhlandırır. İki nəsil, iki tarixçə, sonsuz sevgi dramı...
Filmdə baş rolları Skott İstvud, Britt Robertson, Alan Alda, Cek Hyuston, Una Çaplin, Melissa Benoyst, Lolita Davidoviç, Elea Oberon, Keyt Forbs oynayırlar.
Növbəti, Amerika istehsalı olan “Gecə qaçağı” filmini Bred İnqelsbinin ssenarisi əsasında rejissor Haume Kolyet-Serra döyüş, triller, kriminal dram və detektiv janrında çəkib. Filmin sloqanı: “Pis əməl cəzasız qalmayacaq”. Yaş məhdudiyyəti: +18
Film keçmiş patronu ilə mübarizəyə girmiş və nəticədə ailəsini mafiya və hakimiyyətin təhdidlərindən müdafiə etmək üçün qaçışda olan killerin həyat dramından bəhs edir.
Rolları aktyorlar Liam Nison, Yuel Kinnaman, Kommon, Ed Harris, Boyd Holbruk, Bryus MakQill, Cenezis Rodrigez, Vinsent D`Onofrio, Luis Smit, Bo Napp və başqaları canlandırıblar.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək mümkündür.
(https://www.facebook.com/NizamiCinema?rf=hl)
Milli.az