“Azərkosmos” “Bakı 2015”in rəsmi dəstəkçisi seçildi
17.4.2015

“Azərkosmos” Birinci Avropa Oyunlarının peyk vasitəsilə yayımını həyata keçirəcək.

Bu barədə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, “Azərkosmos” Birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq.

“Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Oxu.az