Teleaparıcı Kamilə Babayeva nişanlandı
25.4.2012

Azərbaycanın tanınmış teleaparıcısı Kamilə Babayeva subaylığa əlvida deyən məşhurlar sırasına adını yazdırıb.

Bugünlərdə el adəti ilə "həri"si verilən Kamilə, sırf qohum və dostlarının əhatəsində barmağına nişan üzüyü də taxıb. Teleaparıcının ürəyini fəth edən "ağ atlı şahzadə"nin kimliyi barəsində məlumatlı olsaq da, şəxsi həyatı barəsində gündəmdə olmağı sevməyən həmkarımızın istəyinə hörmətlə yanaşıb, öz açıqlamasını gözləyirik.

big.az