“Elektron hökumət” portalının mütəxəssisləri tərəfindən bütün
qurumların e-xidmətləri üzrə istifadəçi təlimatlarının hazırlanılmasına
başlanılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən
verilən məlumata görə, təxminən 200-ə yaxın istifadəçi təlimatı
hazırlanaraq portalda “e-xidmətlər” bölməsində yerləşdirilib. Bundan
əlavə, bir sıra e-xidmətlərdən istifadə qaydaları haqqında hazırlanan
video-təlimatlar da portalda yer alıb. Bu prosesin davam etdirilməsi və
bütün e-xidmətlər üçün istifadəçi təlimatlarının və video-təlimatların
hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. Məqsəd
vətəndaşların xidmətlərdən istifadə qaydaları ilə tanış olmaları,
xidmətdən istifadə üçün zəruri biliklərin mənimsənilməsidir. Hazırda
portaldakı 413 e-xidmət üzrə istifadəçi təlimatlarının hazırlanıb
portalda yerləşdirilməsinə zərurət var.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq
olunmuş bütün e-xidmətlər üzrə inzibati reqlamentlər hazırlanaraq təsdiq
edilməlidir. İnzibati reqlamentlərdə elektron xidmətin adı, məzmunu,
hüquqi əsası, digər icraçılar, elektron xidmətin göstərilməsinin
nəticəsi, inzibatı prosedurlar və s. kimi məlumatlar öz əksini
tapmaldır. Hazırda 254 e-xidmət üzrə inzibati reqlamentlər portalda
yerləşdirilib və bu istiqamətdə dövlət qurumları ilə birgə iş davam
etdirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən Xəbərlər-ə verilən məlumata görə, təxminən 200-ə yaxın istifadəçi təlimatı hazırlanaraq portalda “e-xidmətlər” bölməsində yerləşdirilib. Bundan əlavə, bir sıra e-xidmətlərdən istifadə qaydaları haqqında hazırlanan video-təlimatlar da portalda yer alıb. Bu prosesin davam etdirilməsi və bütün e-xidmətlər üçün istifadəçi təlimatlarının və video-təlimatların hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. Məqsəd vətəndaşların xidmətlərdən istifadə qaydaları ilə tanış olmaları, xidmətdən istifadə üçün zəruri biliklərin mənimsənilməsidir. Hazırda portaldakı 413 e-xidmət üzrə istifadəçi təlimatlarının hazırlanıb portalda yerləşdirilməsinə zərurət var.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq olunmuş bütün e-xidmətlər üzrə inzibati reqlamentlər hazırlanaraq təsdiq edilməlidir. İnzibati reqlamentlərdə elektron xidmətin adı, məzmunu, hüquqi əsası, digər icraçılar, elektron xidmətin göstərilməsinin nəticəsi, inzibatı prosedurlar və s. kimi məlumatlar öz əksini tapmaldır. Hazırda 254 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilib və bu istiqamətdə dövlət qurumları ilə birgə iş davam etdirilir.
Xeberler.az