Beynəlxalq Caz Günü münasibətilə tədbir keçiriləcək
21.4.2015

Aprelin 30-da Beynəlxalq Caz Günü münasibətilə Bakı Caz Mərkəzində Rain Sultanovun qala konserti təşkil olunacaq.

Tədbir çərçivəsində tanınmış cazmen Rain Sultanovun 50 illik yubileyi qeyd ediləcək. Eyni zamanda, “Azərbaycanda cazın tarixi” (The history of jazz in Azerbaijan) kitabının təqdimatı keçiriləcək.

azertag.az