Bütün qadınları moda aləmində baş verən yeniliklər maraqlandırır.
Hər kəs bacardığı qədər zövqlü, fərqli görünməyə can atır.
Bunun üçün isə çox pul xərcləmək lazım deyil.
Zövqlü olmaq və dünya modasını izləmək kifayətdir kli, gözoxşayan görünəsiniz.
Gəlin, sizə bu ilin trendi olan sarı rəngdən danışaq.
Sarı əslində əsl yaz-yay əhvalını, günəşi hiss etdirən parlaq rəngdir. Təəssüf ki, bu rəngi hər kəs sevmir və ya obraz yaratmaqda çətinlik çəkirlər. Əslində hətta başdan ayağa tamamilə sarı geyinsəniz belə zövqlü və tərzli görünə bilərsiz.
2015-ci il yaz-yay trend rənglərindən biri də sarı rəngidir. Bəs bu rəngi necə kombin edək?
Əlbəttə siz sarı rəngi sevirsinizsə bütünlüklə bu rəngə bürünə bilərsiz. Əgər yox heç bir halda parlaq sarı sevmirsinizsə, onda onun müxtəlif çalarlarından istifadə edə bilərsiz.
Sarı paltar seçə bilərsiniz. Bu zaman ya sarını daha parlaq rənglərlə tamamlayırsınız, ya da əksinə, tünd rənglərlə neytrallaşdırırsınız.
Əlvan rənglərdən sarı-mavi, tünd göy (elektra), tünd mürəkkəb rəngi, tünd bənövşəyi və s. rənglər ilə uyğunlaşa bilir. Tünd neytral rənglərdən, qara və bej ola bilər.
Siz sarı rəngdə dəst seçə bilərsiniz. Rəng seçimini yenə də birincidəki kimi edə bilərsiniz.
Əgər sarı rəngli sviter (bol kəsimli “oversized” sviterlər də ola bilər) geyinirsinizsə, bu zaman cins şalvar və ya dəri “leggins”, hətta klassik şalvar istifadə edə bilərsiniz. Ayaqqabı isə obrazınıza uyğun - klassik və ya sport ola bilər.
Sarı ətək və ya şalvar, ya da sarı kardiqan, blazer, jilet və mont istifadə edə bilərsiniz.
Əslində sarı ilə qızılı rənglər də bir-biri ilə maraqlı uyğunlaşır. Yox, əgər sarını sevmirsinizsə və trenddən də geri qalmaq istəmirsinizsə, bu rəngdə olan ayaqqabı, çanta və aksessuar seçimi edə bilərsiniz.
Əsas odur ki, mövsümdən və rəngindən asılı olmayaraq, hər zaman dəbli görünəsiniz.
Gun.az