Google-dan android istifadəçilərinə yeni tətbiq
21.4.2015

Google android istifadəçilərinin mobil cihazlarına əl yazısı tətbiqi gətirir. Proqram 83 dilə malikdir.

Google Handwriting Input adlı tətbiqlə android telefon və mobil cihazlara əl yazısı klaviaturasını təqdim edir.

İstifadəçilər barmaqları və ya cihaza uyğun qələmlərlə ekrana yazı yaza və smayliklər çəkə biləcək. Tək bir düymələ əl yazısına keçilə biləcək tətbiq internet olmadan da çalışır.

Yeni sistemə əlavə olaraq sensor ekranlı yazı və səsli istifadə xüsusiyyəti də daxildir. Proqram Android 4.0.3 və daha inkişaf etmiş proqrama sahib telefon və planşetlərdə istifadə edilə biləcək.

Google tətbiqlə əlaqədar açıqlamasında əl yazısı xüsusiyyətinin virtual klaviatura istifadəsi çətin olan dilləri dəstəklədiyini də bildirib.

xeberler.az