Quru dərililər üçün əsl gözəllik iksiri
22.4.2015

Çiyələyin dəriyə faydalı olduğunu, demək olar ki, hamı bilir. Həmin meyvə dəri üzərindəki ölü hüceyrələri təmizləyir və daha gənc, sağlam dəriyə qovuşdurur.

Quru dərililər üçün əsl gözəllik iksirinə çevriləcək çiyələk maskasını təqdim edirik:

4 ədəd çiyələyi əzib 1 çay qaşığı nəmləndirici kremlə qarışdırın (kremin keyfiyyətinə əmin olduğunuz bir markadan olması önəmlidir).

Maskanı incə təbəqə şəklində çəkin. 10 dəqiqə gözləyib soyuq suyla üzünüzü yuyun.

Ayda 2 dəfə proseduranı təkrarlasanız, daha gənc və gözəl dəriyə sahib olacaqsınız.

Publika.az