“DəmirBank”ın “MasterCard” plastik kartları ilə Nyu-Yorka səyahət şansı qazanmaq mümkündür
22.4.2015

“DəmirBank”ın “MasterCard” plastik kartları ilə Nyu-Yorka 5 günlük səyahət və 1000 manat dəyərində alış-veriş sertifikatı qazanmaq mümkündür.

Bankdan  bildiriblər ki, “Qiymətsiz üstünlüklər” kampaniyası çərçivəsində partnyorlar sırasına daxil olan məkanlarda “MasterCard” ilə ən azı 1 manat dəyərində alış-veriş edən kart sahibləri bir lotereya şansı əldə edir. “MasterCard” vasitəsilə ödənişdən sonra verilən kodlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir.

Lotereyanın 33 qalibi olacaq və onlar iyulun 10-da xüsusi kompyuter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək. Lotereya iştirakçıları Nyu-Yorka 5 günlük səyahət, 1000 manat dəyərində alış-veriş sertifikatı ilə yanaşı, 8 İphone, 6 mobil telefon və 100 manat məbləğində 20 hədiyyə sertifikatı da qazana bilərlər.

Bundan əlavə, “DəmirBank”ın “MasterCard” sahibləri Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş ticarət şəbəkəsindən 10 faiz endirim əldə edəcəklər.

“Qiymətsiz üstünlüklər” kampaniyası iyulun 3-dək davam edəcək.

Ətraflı məlumatı bankın Məlumat Mərkəzindən ((012) 149) www.demirbank.az saytından, www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.

azertag.az