21-23 may tarixində Bakıda kənd təsərrüfatı təyinatlı məhsul və qida
istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı (“Caspian Agro 2015”) sərgisi təşkil olunacaq.
Keçirildiyi illər ərzində “Caspian Agro” sərgisi hər il mütəxəssislər
arasında görüşlərin keçirilməsi, kənd təsərrüfatı sahəsi üçün texnika
və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından
etibarlı bünövrə kimi özünü doğruldub. İqtisadiyyatın bu sektoru ölkə
rəhbərliyinin böyük diqqət yetirdiyi sahələrdən biridir. Belə ki,
Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl
olaraq “Caspian Agro” sərgisini ziyarət edərək istehsalçı və
distribüterlərin Azərbaycan bazarı üçün təklif etdikləri yeni
məhsullarla tanış olur. Uzun illər ərzində Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyi “Caspian Agro” sərgisinə fəal və mühüm dəstək verir.
Sevindirici haldır ki, sərgi Azərbaycan Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Kənd təsərrüfatı ili”nə həsr olunmuş Tədbirlər Planına
daxil edilib və bu, “Caspian Agro 2015” sərgisinin inkişafına müsbət
təkan verməklə yanaşı, hər il keçirilən bu ixtisaslaşdırılmış tədbirə
marağı daha da artırıb.
“Caspian Agro 2015” sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və
xarici meydançasını tutacaq. Bu il sərgi iştirakçılarının ümumi sayı 250
şirkətdən çoxdur və onların arasında Almaniya, Yunanıstan, İtaliya,
İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna,
Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və
avadanlıqlarının istehsalçıları və distribüterləri var. İlk dəfə olaraq,
sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Sərgidə
Azərbaycanın kənd təsərrüfatı bazarının mənimsənilməsi istiqamətində
ilk addımlarını atan bir çox yeni şirkət iştirak edəcək. Ənənəvi olaraq,
Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni
avadanlıq və texnika ilə tanış olmaları üçün “Caspian Agro” sərgisində
infoturlar (məlumatlandırma turları) təşkil olunacaq. Bütövlükdə, sərgi
kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edəcək və bir
sıra yeni məhsulla tanış olmaq imkanı yaradacaq. Bu məhsullara quşçuluq
fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma
sistemləri, heyvandarlıqda istifadə olunan avadanlıqlar, substratlar
(bitki qidalandırıcı maddələr), heyvan və balıqlar üçün yemlər, habelə
toxumlar, mineral gübrələr və s. daxildir. Sərginin müsbət cəhəti ondan
ibrətdir ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycandan
olan şirkətlər də çıxış edirlər.
Sərgidə kənd təsərrüfatı texnikasının ekspozisiyası geniş olacaq və
həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də xarici meydançasında
yerləşəcək. Burada “Klever”, “Rostselmaş” (Rusiya), Gəncə Avtomobil
Zavodu, “Motor Sich” (Ukrayna), “New Holland” (İtaliya), “Sampo”
(Finlandiya), “Fliegle” (Almaniya), “Maschio Gaspardo” (İtaliya)
şirkətləri, eləcə də digər bu kimi istehsalçı və distribüterlərin təklif
etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer
şumlayan / toxum səpən maşınları, habelə kombaynlar və bütün növ kənd
təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkün
olacaq. “Caspian Agro 2015” sərgisinin qeydiyyat sponsoru “Grand Motors”
(Azərbaycan) şirkətidir.
Bu gün ölkəmizin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun
genişləndirilməsinə yönəldilib. Respublikada kənd təsərrüfatı sahəsi
fəal surətdə inkişaf edərək Azərbaycanda ixrac potensialının
artırılmasına öz töhfəsini verir. Yeni texnologiyaların tətbiqi və
təcrübə mübadiləsi ixrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı
üçün vacib olan şərtlərdir və beynəlxalq “Caspian Agro” sərgisi də
bütün bu imkanları hər il təmin edir. Beləliklə, sərgi qısa müddət
ərzində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqla
yanaşı, Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırılan sərmayələrin
artırılmasına və ən yeni texnologiyaların tətbiqinə kömək edir.
Keçirildiyi illər ərzində “Caspian Agro” sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından etibarlı bünövrə kimi özünü doğruldub. İqtisadiyyatın bu sektoru ölkə rəhbərliyinin böyük diqqət yetirdiyi sahələrdən biridir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl olaraq “Caspian Agro” sərgisini ziyarət edərək istehsalçı və distribüterlərin Azərbaycan bazarı üçün təklif etdikləri yeni məhsullarla tanış olur. Uzun illər ərzində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə fəal və mühüm dəstək verir. Sevindirici haldır ki, sərgi Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Kənd təsərrüfatı ili”nə həsr olunmuş Tədbirlər Planına daxil edilib və bu, “Caspian Agro 2015” sərgisinin inkişafına müsbət təkan verməklə yanaşı, hər il keçirilən bu ixtisaslaşdırılmış tədbirə marağı daha da artırıb.
“Caspian Agro 2015” sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını tutacaq. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çoxdur və onların arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri var. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yeni şirkət iştirak edəcək. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün “Caspian Agro” sərgisində infoturlar (məlumatlandırma turları) təşkil olunacaq. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edəcək və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradacaq. Bu məhsullara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıqda istifadə olunan avadanlıqlar, substratlar (bitki qidalandırıcı maddələr), heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir. Sərginin müsbət cəhəti ondan ibrətdir ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycandan olan şirkətlər də çıxış edirlər.
Sərgidə kənd təsərrüfatı texnikasının ekspozisiyası geniş olacaq və həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də xarici meydançasında yerləşəcək. Burada “Klever”, “Rostselmaş” (Rusiya), Gəncə Avtomobil Zavodu, “Motor Sich” (Ukrayna), “New Holland” (İtaliya), “Sampo” (Finlandiya), “Fliegle” (Almaniya), “Maschio Gaspardo” (İtaliya) şirkətləri, eləcə də digər bu kimi istehsalçı və distribüterlərin təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan / toxum səpən maşınları, habelə kombaynlar və bütün növ kənd təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkün olacaq. “Caspian Agro 2015” sərgisinin qeydiyyat sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.
Bu gün ölkəmizin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilib. Respublikada kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edərək Azərbaycanda ixrac potensialının artırılmasına öz töhfəsini verir. Yeni texnologiyaların tətbiqi və təcrübə mübadiləsi ixrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib olan şərtlərdir və beynəlxalq “Caspian Agro” sərgisi də bütün bu imkanları hər il təmin edir. Beləliklə, sərgi qısa müddət ərzində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqla yanaşı, Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırılan sərmayələrin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə kömək edir.
Trend.az