Azərbaycanın tanınmış idman fotoqrafı Faiq Rəcəbli vəfat edib - FOTO
26.4.2012

Azərbaycan fotojurnalistikasında idman sahəsi üzrə 60 il çalışmış Faiq Rəcəbli 89 yaşında dünyasını dəyişib.

Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu bildirib ki, fotoqraf uzun sürən xəstəlikdən vəfat edib.

Mərhumun Azərbaycan fotojurnalistikasında məxsusi yeri olduğunu söyləyən AFB sədri, Faiq Rəcəblinin hər kadrının bir tarix olduğunu vurğulayıb.

Mərhum aprelin 25-də torpağa tapşırılıb.

APA