4 bank məhsulunu birləşdirən unikal beynəlxalq kart, 300.000-dən artıq istifadəçi, 1000-dən artıq partnyor mağaza, saysız-hesabsız endirim, hədiyyə kampaniyaları. Bu məlumatlar “Unibank”ın ALBALI PLUS kartını xarakterizə edir. Bu fərqliliyi, çoximkanlılığı səbəbindən ALBALI PLUS kartı 2014-cü ilin nəticələrinə görə çoxsaylı istifadəçiləri tərəfindən “İlin taksit kartı” seçilib. Banco.az saytının 2014-cü ilin nəticələrinə görə keçirdiyi sorğuda ALBALI PLUS kartı respondentlər tərəfindən daha çox səs toplayaraq, taksit kartları içərisində ən yaxşısı seçilib.
“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, kredit, taksit, depozit və debet bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxalq kart olduğu üçün ölkədə və dünyanın istənilən yerində istifadə etmək mümkündür.
Albalı Plus kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini “Unibank” filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
ALBALI PLUS - arzuları reallaşdıran kart.
“Unibank” – hər kəsin bankı.
Lent.az