Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi uşaqlar üçün rəsm müsabiqəsi keçirir
26.4.2012

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi “Mənim Avropam” adlı uşaq rəsm müsabiqəsi keçirir. APA-nın xəbərinə görə, müsabiqə Avropa Günü münasibətilə təşkil olunub. Müsabiqədə 5 yaşından 14 yaşına qədər uşaqlar iştirak edə bilər. Rəsmlər mayın 8-nə qədər Bakı Müasir İncəsənət Qalereyasına təqdim olunmalıdır. Qaliblər iki yaş kateqoriyası üzrə seçiləcək.

APA