“İntel” korporasiyası ilk dəfə yanvar ayında CES-2015 sərgisində nümayiş etdirdiyi “Compute Stick” miniatür kompüterlərinin satışına başlayıb.
Bu kompüter bir növ fleş-açarlığa bənzəyir. Belə ki, onu istənilən HDML çıxışı olan kompüter və ya televizora qoşmaq mümkündür. Bundan sonra istifadəçi tam məhsuldar olmasa da, kompüter görünüşü əldə edəcək.
“Compute Stick” miniatür kompüterində enerji effektivli “Atom” prosessoru quraşdırılıb. Kompüterin operativ yaddaşının həcmi 2 Gbaytdır. Avadanlıq 32 Gbayt flaş yaddaşa malikdir ki, bunu da microSD vasitəsilə genişləndirmək mümkündür. Həmçinin miniatür kompüter naqilsiz rabitənin qurulması üçün Wi-Fi 802.11n adapteri, Bluetooth, enerji təminatı üçün Micro-USB portu ilə təchiz edilib.
Hazırda “Intel Compute Stick” kompüterinin “Windows 8.1 with Bing” operativ sistemli versiyasını əldə etmək mümkündür. Miniatür kompüterin qiyməti 150 ABŞ dollarıdır. Bu ilin yayında isə bu kompüterlərin “Ubuntu” modifikasiyasını da 110 dollara əldə etmək mümkün olacaq. Ancaq bu variantda olan kompüterin operativ yaddaşı 1 Gbayt, yaddaş modulu isə 8 Gbayt olacaq.
Lent.az