Beynəlxalq fotomüsabiqə - “International Photography Awards” 2003-cü ildən etibarən yeni istedadları kəşf etmək və peşəkar fotoqrafların işini təşviq etmək məqsədilə hər il keçirilir. Bu ilin qalibi 24 oktyabr 2011-ci il tarixində Nyu York şəhəri - Linkoln Mərkəzində elan olunacaq. Ən yaxşı fotoqrafa xatirə olaraq kiçik heykəlcik və 10 000 $ pul mükafatı təqdim olunacaq.