Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq
24.4.2015

Aprelin 25-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova öz açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

APA