İsmayıllı Rayon Uşaq Kitabxanasında İsmayıllı Turizm Portalının (http://www.gotoismailli.az) təqdimat mərasimi keçirilib.
Təqdimatda Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnalogiyalar nazirliklərinin əməkdaşları, aidiyyəti idarə-müəssisə rəhbərləri, turizm mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Portalın təqdimatını layihənin rəhbəri Emin Sadıqov təqdim edərək elektron portalda rayonun turizm potensialının tam əks etdirildiyini, rayonda olan turizm üçün əlverişli ərazilərin, turizm obyektlərinin, tarixi və mədəniyyət abidələrinin, sənətkarlıq nümunələri və rayonda istehsal olunan məhsullar haqqında ətraflı məlumatların olduğu barədə iştirakçılara məlumat verib.
azertag.az