Nərgiz Paşayevanın qızı açılış edib – FOTO
28.4.2015

Əfsanəvi Gipsy Kings qrupunun ifası bütün flamenko sevənlərin ürəyincə olub.

Aprelin 26-da Azərbaycan Dövlət Filarmoniyasında Olive Project kreativ agentliyinin dəstəyi ilə Otto Colonne italyan restoranının rəsmi açılışı keçirilib.

Otto Colonne rahat dizaynı, parlaq boyaları, dəbdədəsi və çoxsaylı detalları ilə diqqət çəkir.

Lakin İtaliyanın bu kiçik guşəsində milli kolorit də unudulmayıb, bunu xalçalar və restoranın adının bağlı olduğu sütünların Azərbaycan rəssamı tərəfindən bəzədilməsi sübut edir.

Açılış mərasimində qonaqları təkcə nəfis italyan yeməkləri və içkiləri ilə deyil, həm də canlı musiqi ilə sevindiriblər. Əfsanəvi Gipsy Kings qrupunun ifası bütün flamenko sevənlərin ürəyincə olub.

Gecənin əsas tərəfdaşı bütün qonaqlara brendin məhsullarında özünü göstərmək imkanı verən, eləcə də qonaqlar üçün hədiyyələr hazırlayan De Beers zərgərlik brendi olub.

Oxu.az